Dərs 26. Dalğa optikası. İşığın difraksiya və interferensiyası.
İşığın dispersiyası normal və anormal (və ya anomal) olmaqla iki yerə bölünür:
Ağ işıq dəstəsi üçbucaqlı prizmadan keçərkən müxtəlif rənglərə ayrılır. (Qırmızı, Narıncı, Sarı, Yaşıl, Mavi, Göy, Bənövşəyi)
Təbiətdəki rəngarənglik ağ işığın mürəkkəb quruluşa malik olması ilə izah edilir.
Üzərinə düşən bütün şüaları qaytaran cism ağ, bütün şüaları udan cism qara cismdir.
Qırmızı cism bütün şüaları udur, qırmızını əks etdirir.
Cism ağ işığın tərkibindəki hansi rəngli işığı qaytarırsa, həmin rəng də görünür. Məsələn: Qırmızı şüşədən baxdıqda yaşıl yarpaq qara görünür.
İşıq dalğasının vakkumda yayılma sürəti aşağıdakı kimidir:
Koherent dalğalar görüşərkən bir - birini gücləndirməsi və ya zəiflətməsi hadisəsinə Dalğaların interferensiyası deyilir.
Koherent dalğalar o zaman bir - birini gücləndirir ki, dalğaların yollar fərqi dalğa uzunluğunun tam mislinə bərabər olsun və ya yarımdalğa uzunluğunun cüt mislinə bərabər olsun:
Koherent dalğalar o zaman bir - birini zəiflədir ki, dalğaların yollar fərqi yarımdalğa uzunluğunun tək mislinə bərabər olsun:
İnterferensiyadan Səthlərin cilalanma keyfiyyətinin yoxlanılmasında və Optik şüşələrin şəffaflaşdırılmasında istifadə olunur.
Optik şüşələri şəffaflaşdırmaq üçün onun səthinə sındırma əmsalı şüşənin sındırma əmsalıdan az olan maddədən təbəqə çəkilir. Təbəqənin qalınlığı belə hesablanır:
İşıq dalğalarının dar yarıqdan keçərkən düz xətt üzrə yayılması qanunundan kənara çıxması və ya maneədən əyilərək onun arxasına keçməsi hadisəsinə İşığın difraksiyası deyilir.
Difraksiya qəfəsi - Bir - birindən bərabər məsafələrdə yerləşmiş və arxalarında qeyri - şəffaf zolaqlar olan küllü miqdarda eyni ölçülü dar yarıqlar çoxluğundan ibarətdir.
Difraksiya qəfəsi ağ işığı spektrə ayırır və işığın dalğa uzunluğunu ölçməyə imkan verir.
Onun iş prinsipi İşığın difraksiyasına və Dalğanın interferensiyasına əsaslanır.
Şəffaf zolağın eni
(
(
(
Dİfraksiya qəfəsində ən çox meyl edən Qırmızı, ən az meyl edən Bənövşəyi işıqdır.
Qəfəsin köməyi ilə alınan spektrin difraksiya maksimumlarının istiqamətini təyin edən bucağının qiymətləri belə təyin olunur:
Difraksiya qəfəsində maksimumların ən böyük tərtibi
Difraksiya hadisəsi maneədən
İnterferensiya və Difraksiya hadisələri işığın Dalğa təbiətli olduğunu göstərir.
İşıq dalğaları Eninə dalğalardır. Turmolin kristalı ilə aparılan təcrübələr bunu təsdiq etmişdir.
Turmolin kristalından keçən işıq Polyarlaşmış işıqdır.
Kristal oxları paralel olduqda sistemdən işıq keçir, perpendikulyar olduqda isə keçmir.
İnterferessiya və difraksiya hadisələri həm Eninə, həm də Uzununa dalğalarda baş verir. Lakin Polyarlaşma hadisəsi ancaq Eninə dalğalarda baş verir.
Elektromaqnit dalğaların tezliyinə və dalğa uzunluğuna görə müxtəlif növləri vardır: Radiodalğalar, İnfra - qırmızı şüalar, Görünən şüalar, Ultrabənövşəyi şüalar, Rentgen şüalar və Qamma (
Radiodalğalar ən böyük dalğa uzunluğuna, ən kiçik tezliyə malikdir.
şüaları isə ən kiçik dalğa uzunluğuna, ən böyük tezliyə malikdir.
Rentgen şüaları rentgen borularında olur. Katodun buraxdığı elektronlar anod gərginliyinin yaratdığı elektrik sahəsində sürətləndirilir. Elektronlar anoda dəyərək tormozlanır, təcil alır və rentgen şüalanması yaranır:
Nisbət cütdür, mənzərə dəyişmir, interferensiya işığın intensivliyi dəyişmir.
Nisbət təkdir, maximum və minimum biri digərilə yerini dəyişir. Yəni maximum alınan yerdə minimum, minimum alınan yerdə maximum olur.
Nisbət nə təkdir, nə də cütdür, maximumun interferensiya intensivliyi azalır, minimumun interferensiya intensivliyi isə artır.